Misli Premyer Liqasının VIII turunda bu gün "Sumqayıt" "Karvan-Yevlax"la üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, Saşa İliçin rəhbərlik etdiyi "kimyaçılar" 3 görüşdən sonra nəhayət, qələbə qazanıblar: 4:1

Matç Mehdi Hüseynzadə adına stadionda keçirilib.

Misli Premyer Liqası, VIII tur

18 oktyabr (şənbə)

18:00. “Sumqayıt” - “Karvan-Yevlax” 4:1

Qol: Ronaldu Vaskes, 12. Ramalinqom, 55. 65. Aleksa Yankoviç, 60. - Mikels, 44.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev

VAR: Əli Əliyev

AVAR: Əliyar Ağayev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu