Misli Premyer Liqasında VIII turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün "İmişli" Qubada "Qəbələ"ni qəbul edib.

Bu mövsüm Premyer Liqaya yüksələn iki komandanın oyununda "Qəbələ" ikinci hissənin əvvəlində 2:0 önə keçsə də, "İmişli" oyunda geri dönüş etməyi bacarıb - 2:2

Qeyd edək ki, ötən gün keçirilən görüşlərdə "Kəpəz" "Şamaxı"nı 4:1, "Qarabağ" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Misli Premyer Liqası, VIII tur

19 oktyabr (şənbə)

14:30. “İmişli” - “Qəbələ” 2:2 

Qol: Ronaldo, 74, Dioqo Almeyda, 80 - Domi Massumo, 44, İbrahim Sanqare, 46

“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 5. İdris İnqilablı, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr

Baş məşqçi: Jorj Kaskilya

“Qəbələ”: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 14. Domi Massumo

Baş məşqçi: Kaxaber Tsxadadze

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov

VAR: Tural Qurbanov

AVAR: Şirmamed Mamedov

Quba OİK stadionu