"Turan Tovuz"un futbolçusu Filip Ozobiç cari mövsümdə ilk qolunu vurub.
Offsideplus.az xəbər verir ki, o, "Kəpəz"lə görüşdə komandasının sonuncu qoluna imza atıb - 3:0
Bununla da 34 yaşlı futbolçu 10 fərqli mövsümdə Azərbaycan çempionatında qol vuran 57-ci futbolçu olub.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
O, "Qəbələ"də iki (2016/2017, 2017/2018), "Qarabağ"da beş (2018/2019, 2019/2020, 2020/2021, 2021/2022, 2022/2023), "Neftçi"də iki (2023/2024, 2024/2025) mövsümü qolsuz başa vurmayıb.
Azərbaycan çempionatları tarixində mütləq rekord isə 17 mövsümdə buna nail olan Kənan Kərimova məxsusdur.
Bu, eyni zamanda Ozobiçin Azərbaycan çempionatlarında 67-ci qolu kimi tarixə düşüb. O, ölkə çempionatları tarixinin 23-cü bombardiridir.



