"Neftçi" bu gün "Karvan-Yevlax"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, ötən tur ilk qələbəsini qazanan "ağ-qaralar" ardıcıl 2-ci qalibiyyətini qazana bilməyib. "Karvan-Yevlax" asanlıqla təslim olmayaraq, Bakıdan 1 xalla qayıdıb: 0:0.
Qeyd edək ki, "Neftçi" 7 xalla 8-ci, Yevlax təmsilçisi isə 5 xalla 10-cudur.
Misli Premyer Liqası, VI tur
27 sentyabr (şənbə)
19:00. "Neftçi" - "Karvan" 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Vüqar Həsənli
"Neftçi Arena"



