Misli Premyer Liqasının V turunda "Neftçi" səfərdə "Sumqayıt"ı 0:2 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçla bağlı fikirlərini bölüşüb:

"Yaxşı oyuna görə futbolçulara təşəkkür edirəm. Bundan əvvəlki yaxşı oyunları nəzərdə tuturam: son oyunları - "Sabah"a, "Turan Tovuz"a qarşı matçlarda performansları. Meydanda udmaq istəyən komanda gördük. Bu qələbəni ilk öncə rəhbərliyə həsr edirəm. Bu qalibiyyət bizim üçün əhəmiyyətlidir. Çiynimizdən yük atmış olduq. Bu oyunun sonunda heç-heçə də gələ bilərdi".