"Turan Tovuz" portuqaliyalı futbolçu Xorxe Silva ilə anlaşıb.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Silvanın son klubu Sloveniya təmsilçisi “Olimpiya” olub. Vətənində “Sportinq” B, “Leyşoeş” və “Pasoş Fereyra” klublarının formasını geyinmiş sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub.
Qeyd edək ki, Xorxe Silva son mövsümdə “Olimpiya”nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb.



