Misli Premyer Liqasının III turunda “Karvan-Yevlax” “Qarabağ”a 0:2 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında qarşılaşma barədə fikirlərini bölüşüb:

“Futbolçularımı təbrik edirəm. Heç də asan qalibiyyət olmadı. Belə meydançada futbolçuları motivasiya etmək asan deyil. Yenə də bizim üçün çox vacib oyun idi. İstirahətə qalibiyyətlə yollanmaq önəmli idi. Bizi dəstəkləmək üçün bura gələn azarkeşlərimizə təşəkkür edirəm”.