Coşqun Diniyev yenidən Azərbaycan çempionatında çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi "Araz-Naxçıvan"la razılığa gəlib. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

C. Diniyev son 2 mövsümü Türkiyədə keçirib. O, burada “Ümraniyəspor” və “Bandırmaspor” klublarının hər birində bir mövsüm keçirib. 30 yaşlı futbolçunun son klubu isə “Çorum” olub.