"Karvan-Yevlax" Misli Premyer Liqasının II turunda "Kəpəz"i 3:2 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Yevlax təmsilçisinin baş məşqçisi Azər Həşimov oyundan sonra keçirilən mətbuat konfransında matçı şərh edib:
“Hər iki komanda qalib gəlmək istəyirdi. Komandamız əzmkar mübarizə aparıb lazım olan 3 xalı qazandı. Buna görə də futbolçularıma təşəkkür edirəm. “Kəpəz”ə gələcək oyunlarda uğurlar arzulayıram”.



