Misli Premyer Liqasında II turun qarşılaşmaları davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün 1 oyun keçirilib.
"Kəpəz" Qəbələdə "Karvan-Yevlax"ı qəbul edib və 2:3 hesabı ilə rəqibinə uduzub.
"Kəpəz" ilk turda səfərdə "Sumqayıt"a 0:3 hesabı ilə məğlub olub. Yevlax təmsilçisi isə "Qəbələ" ilə heç-heçə oynayıb - 1:1.
Misli Premyer Liqası
2-ci tur
23 avqust
19:00 "Kəpəz” – “Karvan-Yevlax” 2:3
Qol: Məqsəd İsayev, 78. Vitor Feijao, 90+6. - Coy Slayd Mikels, 39 (penalti). Qavi Tompson, 53. Kayl Spens, 90.
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu,



