"Gözlədiyimiz kimi çox çətin oyun oldu. "Neftçi" çempionluğa oynayan komandadır. Biz son oyundan dərsimizi almışdıq. Səhvlərimizdən nəticə çıxarıb, yaxşı məşq edib bu matça çıxmışdıq. Bilirdik ki, "Neftçi" meydana qələbə üçün çıxacaq. Biz istəyimizə çatdıq və xalımızı aldıq".

Offsideplus.az xəbər verir ki, bunu "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının II turunda "Neftçi" ilə 0:0 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında deyib:

"Bilirdik ki, bizi üç çətin oyun gözləyir. Bunu bilərək komandanı hazırlayırdıq. Gördüyünüz kimi "İmişli" heç bir rəqibdən geri qalmadı. Hazırlığımız yaxşı keçib. "Sabah" sürətli futbol oynayan komandadır. Onlara qarşı həm fiziki, həm də psixoloji cəhətdən hazırlaşacağıq. Komandamız fiziki cəhətdən yaxşı hazırlaşıb. Bizim gənc oyunçularımız çoxdur. Belə hallar müşahidə oluna bilər. Amma bu, o demək deyil ki, bizim futbolçular fiziki cəhətdənn zəifdir. Çatışmazlıqların üzərində işləyirik."