Misli Premyer Liqasında II tura bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, turun açılış matçında "İmişli" və "Neftçi" qarşılaşıb. Görüş Şamaxı şəhər stadionunda baş tutaub.

Qarşılaşmada qol olmayıb.

Beləliklə, debütant "İmişli" ilk xalını qazanıb. "Neftçi" isə 2-ci oyunu da heç-heçə ilə başa vurub.

MPL, II tur

22 avqust (cümə)

17:00. “İmişli” – “Neftçi” 0:0

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Şamaxı şəhər stadionu

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 94. Rafael Vieqas 14. Ronaldo Rodriqes 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Junior

Baş məşqçi: Jorj Kaskilya

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 77. Falaye Sako 6. Sessi Dalmeyda 24. Mustafa Sek 5. İqor Ribeyro 9. Bassala Sambu 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala

Baş məşqçi: Samir Abasov