“Şamaxı” heyətinə yeni futbolçu cəlb edib. 

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi “Qarabağ”dan Davud Mənsumovu icarə əsasında heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı hücumçu yeni mövsümü "Şamaxı"da keçirəcək.

Qeyd edək ki, klub daha öncə Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Cezar Henrique, David Thomaz Dos Santos Oliveira, Rikardo Apolinario, Bilal İsmayılov, Ravil Qafarov, Abdullahi Şuaybu, Sənan Muradlı, Səlim Həşimov ilə anlaşıb.