Misli Premyer Liqasının I turunda "Şamaxı" "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Şamaxı təmsilçisinin baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb:
"Çempionat dayananda qədrini bilirik. İlk oyunlarda rəqibi təhlil etmık çətin olur. "Neftçi" kimi komandaya qarşı bu arenada oynamaq çətindir. İlk hissədən daha çox razı qaldım. İkinci hissədə bir az yorğunluq oldu. "Neftçi” səfərində bir xal pis deyil".
A.Abbasov qarşıya qoyulan hədəflərdən danışıb:
"Bizim ehtiyat qüvvəmiz gənclərdir. Çəkinmədən onları şans verəcəyik. Təbii ki, onlarla təcrübəli oyunçular arasında fərq olacaq. Hədəfdən çox şey asılıdır. Büdcəmiz çox olsa idi, bizdə 16-17 əcnəbi futbolçu alardıq. Klub olaraq qarşımıza başqa məqsəd qoymuşuq. Biz də istəyirik ki, yuxarı yerlərə oynayaq, amma bu gün hədəfimiz başqadır. Edqar, Emil, ya da Oruc olsun, onların hamısına inanıram. Edqar bzim əsas ouunçumuzdur. Onun mövqeyində rəqabət var. Bizi tam qane etməyi üçün çox çalışmalıdır".



