Misli Premyer Liqasında yeni mövsüm bu gün start götürüb.
Offsideplus.az xəbər verir ki, açılış matçında "Karvan-Yevlax" "Qəbələ"ni qəbul edib.. Hər iki komanda bu mövsüm Premyer Liqaya yüksəlib.
Yevlax şəhər stadionunda yenidənqurma işləri getdiyi üçün görüş Şamaxıda keçirilib.
Mövsümün ilk qolunu "Qəbələ"nin futbolçusu Domi Massumo vurub. 79-cu dəqiqədə hesab bərabərləşib. "Qırmızı-qaralar"ın müdafiəçisi Murad Musayev qapıları səhv salıb.
Görüşdə başqa qol olmayıb - 1:1.
15 avqust
Misli Premyer Liqası
I tur
17:00. “Karvan-Vevlax” – “Qəbələ” 1:1
Qollar: Murad Musayev, 79 (öz qapısına) - Domi Massumo, 54
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Şamaxı şəhər stadionu
Komandaların heyətləri açıqlanıb:
“Karvan": 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 18. Süleyman Əhmədov 14. Uğur Cahangirov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 37. Mois Nqvisani 19. Tompson Qavi 3. Said İranxan 10. Samuel Durrant 4. Olavale Doyeni
“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu



