Misli Premyer Liqasının ilk turunda keçirilməli olan "Zirə" - "Araz-Naxçıvan" matçının vaxtı dəyişilib.

Offsideplus.az xəbər verir ki, buna səbəb Naxçıvan təmsilçisinin "Omoniya" ilə görüşdən əvvəldən nəzərdə tutulmuş vaxtdan gec qayıdacaq olmalarıdır.

Buna görə də 18 avqustda oynanılmalı olan qarşılaşma bir gün sonraya keçirilib. 

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Görüş Zirə İdman Kompleksində, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.