"İmişli" klubunun Premyer Liqada oyunlarını keçirəcəyi stadion məlum olub.

Offsideplus.az xəbər verir ki, bölgə klubu oyunlarını Quba Olimpiya Kompleksində keçirmək istəsə də, bu, mümkün olmayıb. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Onların açıqlamasında belə qeyd olunub:

“İmişli” klubu Quba OİK stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün AFFA və PFL-in müdaxiləsindən sonra klub cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək".

Qeyd edək ki, "İmişli" Premyer Liqanın ilk turunda "Karvan"ı qəbul edəcək. Matç avqustun 16-da oynanılacaq.