"Gənc futbolçulara hələ təcrübə lazımdır".

Offsideplus.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze "Sumqayıt"la (2:2) keçirilən yoxlama oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib. Gürcüstanlı mütəxəssis sözlərinə belə davam edib:

"“Buraxdığımız qollar öz səhvlərimizin nəticəsi idi. Oyunun sonuna yaxın ikinci mərkəz hücumçusuna şans verdik. Bu cür planlar hər zaman fikrimizdə olur. “Sumqayıt”la oyunda da bunu yoxladıq və nəticə etibarilə daha çox hücum şansımız yarandı.

Hazırlıq prosesindən və futbolçularımızdan çox razıyam. Yeni transferlərimiz də oldu. Düzdür, hələ komandaya uyğunlaşa bilməyiblər. Buna isə müəyyən zaman lazımdır. Hazırda yeganə narahat olduğumuz məqam budur”.