"Karvan" yeni mövsüm üçün heyətini formallaşdırmağa davam edir.

Offsideplus.az xəbər verir ki, Yevlax təmsilçisi bu dəfə Rəhman Şabanovla müqavilə uzadıb. Onunla yeni 1 illik sözləşmə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

R. Şabanov ötən mövsüm I Liqada 23 oyunda 2 qol vurub və 14 məhsuldar ötürmənin müəllifi olub.

"Karvan" daha öncə Kamran İbrahimov və İbrahim Qədirzadə ilə də kontrakt yeniləmişdi.