Bu mövsüm Misli Premyer Liqasında çıxış edəcək "Karvan" heyətini gücləndirməyə davam edir.
Offsideplus.az xəbər verir ki, Yexlav təmsilçisi bu dəfə "Ayaks" yetirməsi Şakill Snonun heyətinə cəlb edib. Onunla 1 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sno 2004-15-ci illər arasında "Ayaks" akademiyasında oynayıb. Onun son çıxış etdiyi yer Maltanın "Gzira" klubu olub.
29 yaşlı müdafiəçisi eyni zamanda Niderlandda “Telstar”, Norveçdə “Aalesund”, Bolqarıstanda “Lokomotiv Plovdiv", Rumıniyada “Botosani” və “Mioveni” komandalarında da çıxış edib.



