"Qəbələ"dən ayrılan Elvin Yunuszadənin yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı futbolçu "Karvan"a keçib. O, Yevlax təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Elvin bu yay "Karvan"ın 8-ci transferi olub. Onlar daha əvvəl Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, Qavi Tompson, Kayl Spens, David Oliveira Souza və Olavale Doyeni də heyətinə cəlb edib.



