"Zirə" yay təlim-məşq toplanışı çərçivəsində Türkiyənin "Çorum" komandası ilə yoxlama matçı keçirib. 

Offsideplus.az xəbər verir ki, görüş Rəşad Sadıqovun komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Oyuun 60-cı dəqiqəsində Abdul Aziz Batibie, bundan 11 dəqiqə sonra isə Şahmar Aşurov fərqlənib. 

Qeyd edək ki, "qartallar"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsi üzrə "Hayduk"a qarşı ilk oyunu iyulun 23-də baş tutacaq.