"Sumqayıt" klubunda ayrılıq yaşanıb.

Offsideplus.az xəbər verir ki, "kimyaçılar" Silvanus Nimeli ilə yollarını ayırıb. 26 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Liberiyalı hücumçu ötən ilin yayında "Sumqayıt"a qoşulmuşdu. O, burada 18 oyunda cəmi 1 qol vurub.

Nimeli bu yay klubdan ayrılan 10-cu futbolçu olub: Vüqar Mustafayev (karyerasını başa vurub), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov və Bobir Abdixolikov.