Bir illik fasilədən sonra Misli Premyer Liqasına qayıdan "Qəbələ" 2025/2026 mövsümünün hazırlığına başlayıb.

Offsideplus.az xəbər verir ki, Kaxaber Sxadadzenin yetirmələri Qəbələdə iki həftəlik təlim-məşq toplanışı keçəcəklər.

Bu müddət ərzində "Qəbələ" 2 yoxlama oyununda qüvvəsini sınayacaq.

Yeni mövsümə hazırlıq prosesinin ikinci mərhələsi 14 iyul - 8 avqust aralığında yenə Qəbələdə baş tutacaq. 

Qeyd edək ki, "Qəbələ" 2024/2025 mövsümündə I Liqanın çempionu qismində Premyer Liqaya vəsiqə qazanıb.