Avstriyadakı yay təlim-məşq toplanışı çərçivəsində “Sabah” bu gün ilk yoxlama oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçiliyi altında "bayquşlar" Rumıniyanın “Rapid” komandası ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Sabah" iyulun 3-də Macarıstanın “Paksi” kollektivinə qarşı növbəti yoxlama oyununa çıxacaq.