“Neftçi” klubu fransalı futbolçusu Ervin Koffi ilə başa çatan müqaviləni yeniləməyib.
Offsideplus.az xəbər verir ki, o, "ağ-qaralar"ın bu gün vidalaşdığı ikinci futbolçu olub. Bakı klubu daha öncə Filip Ozobiçlə yollarını ayırmışdı.
2023-cü ilin yayında transfer olunmuş Koffi “Neftçi”nin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.
Qeyd edək ki, "Neftçi" bundan öncə Robert Bauer, Rafael Quzzo, Yeqor Boqomolski, Dembo Darbo, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi və Rüstəm Samiqullinlə vidalaşıb.