Futbol həvəskarları Misli Premyer Liqasının 2025/2026 mövsümünün oyunlarını "CBC Sport" telekanalı vasitəsilə izləyə biləcəklər.

Offsideplus.az xəbər verir ki, bununla bağlı yarışın təşkilatçısı olan Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. 

PFL və "CBC Sport" rəhbərlikləri bir neçə illik əməkdaşlığı davam etdirmək qərarına gəliblər.

Premyer Liqa avqustun 15-də start götürəcək. 12 komandanın 33 turda mübarizə aparacağı çempionat 2026-cı ilin mayında yekunlaşacaq.

Həmçinin Azərbaycan Kuboku uğrunda yarışın növbəti mövsümünün qarşılaşmaları da "CBC Sport" tərəfindən yayımlanacaq. Kubok görüşlərinin nə vaxt başlanacağı hələlik məlum deyil.