“Neftçi” Özbəkistan millisinin və Rusiyanın “Rubin” (Kazan) klubunun müdafiəçisi Rustam Aşurmatovun transferi ilə maraqlanır.

Offsideplus.az UPL.uz saytına istinadən xəbər verir ki, “ağ-qaralar” 26 yaşlı özbək futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq istəyir. Mövsümü uğursuz tamamlayan bakılılar müdafiə xəttindəki problemləri aradan qaldırmaq üçün bu transferi etmək istəyir.

Aşurmatovun xidmətində İranın tanınmış klubu “İstiqlal” da maraqlıdır. Tehran təmsilçisinin idman direktoru Klarens Zeedorf Aşurmatovu komandanın müdafiə xəttində əsas oyunçulardan biri olacağını düşünür.

“İstiqlal” futbolçunun keçidi üçün rəsmi təklif göndərib, lakin “Rubin”in 700 min dollardan artıq məbləğ tələb etməsi iranlıların geri addım atmasına səbəb olub.

Mənbənin iddiasına görə, “Rubin” və Bakı klubu arasında Aşurmatovla bağlı öncədən əldə olunmuş razılaşma mövcuddur. “Neftçi”nin müdafiəçiyə görə Özbəkistan millisinin qarşıdakı oyunlarından sonra rəsmi təklif göndərəcəyi gözlənilir. Klubun bu transfer üçün müəyyən məbləğ ödəməyə hazır olduğu bildirilir.