"Araz-Naxçıvan" klubu yeni mövsüm üçün hazırlıqlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisi Bəxtiyar Həsənalızadə ilə müqavilə müddətini uzadıb. O, daha bir mövsüm burada çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Araz-Naxçıvan" daha öncə baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov və Ülvü İsgəndərovla də yeni müqavilə imzalayıb.