Misli Premyer Liqasının 2024/2025 mövsümündə fərdi çıxışlara əsasən "SofaScore" platforması tərəfindən rəmzi komanda müəyyənləşdirilib.
Offsideplus.az xəbər verir ki, statistika əsaslı platforma mövsüm boyu toplanmış orta göstəricilərə əsaslanaraq ən yaxşı 11 futbolçudan ibarət heyəti təqdim edib.
Rəmzi komandada ən çox futbolçu ilə təmsil olunan komanda “Qarabağ” olub. Ağdam klubu 4 oyunçusunu bu siyahıya salmağı bacarıb. "Köhlən atlar"ı “Zirə” və “Araz-Naxçıvan” klubları hərəyə 2 futbolçu ilə izləyir.
Mövsümün ən yaxşı oyunçusu isə ölkə çempionunun yarımmüdafiəçisi Leandro Andrade seçilib. Kabo-Verde əsilli futbolçu 7.40 orta göstərici ilə digər bütün oyunçuları geridə qoyaraq mövsümə damğasını vurub.
Rəmzi komandada yer alan futbolçular və onların orta göstəriciləri:
Qapıçı:
Mehdi Cənnətov (“Sumqayıt”) – 7.11
Müdafiə xətti:
Toral Bayramov (“Qarabağ”) – 7.31
Ruan Renato (“Zirə”) – 7.31
Ribeyro (“Araz-Naxçıvan”) – 7.12
Mateus Silva (“Qarabağ”) – 7.17
Yarımmüdafiə:
Leandro Andrade (“Qarabağ”) – 7.40
Yassine Benzia (“Qarabağ”) – 7.43
Larruçea (“Səbail”) – 7.07
Vanderson (“Araz-Naxçıvan”) – 7.07
Leroy Mikels (“Şamaxı”) – 7.31
Hücumçu:
David Volkov (“Zirə”) – 7.04
Komandalar üzrə bölgü:
"Qarabağ" - 4 oyunçu
"Araz-Naxçıvan" - 2 oyunçu
"Zirə" - 2 oyunçu
"Şamaxı" - 1 oyunçu
"Səbail" - 1 oyunçu
"Sumqayıt" - 1 oyunçu
Qeyd edək ki, dəyərləndirmələr sırf futbolçuların statistik göstəricilərinə əsaslanaraq hazırlanıb.