"Səbail" bu gün Misli Premyer Liqasında sonuncu matçını keçirib. 

Offsideplus.az xəbər verir ki, XXXVI turda "Sumqayıt"a 1:4 hesablı məğlubiyyətin ardından komandanın məşqçisi Elvin Məmmədov fikirlərini bölüşüb: 

 "Rəqibi təbrik edirəm. Premyer Liqada qalmaq şanslarımızı itirmişdik və bu halda komandanı oyunlara hazırlamaq çətin idi. Motivasiya daha zəif olur. Bundan sonra gələcəyə baxacağıq. Bu oyunda bəzi futbolçuları riskə atmaq istəmədik və gənc oyunçulara şans verdik".