Misli Premyer Liqasının XXXV turunda "Neftçi" "Səbail" üzərində 3:0 hesablı qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "dənizçilər"in məşqçisi Elvin Məmmədov matçı şərh edib, fikirlərini bölüşüb:
“2 tur əvvəl rəsmi olaarq aşağı liqaya düşdük. Oyunçuları oyuna kökləmək çətin oldu. “Neftçi” 5-ci yerə iddialıdır. 1-ci dəqiqədə buraxdığımız qol bizi sındırdı. Əsas məqsədimiz yenidən Premyer Liqaya yenidən qayıtmaqdır. Ümid edirik ki, qayıdacağıq. Rəhbərliklə söhbətimiz olacaq. Bu söhbətdən sonra gələn mövsüm barədə dəqiq danışmaq olacaq”.