Misli Premyer Liqasının XXXV turunda "Zirə" evdə "Sabah"la 1:1 hesablı heç-heçə edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçı şərh edib:

"İkinci hissədə daha çox tələb etdiyim oyunu gördüm. Rəqib birinci hissədə oyuna nəzarət edirdi. Futbolçularımdan razıyam. Bütün komandaların müqaviləsi bitən futbolçularını nəzarətdə saxlayırıq. Şərt odur ki, o mövqe bizdə boş olsun və beləcə həmin futbolçunu götürək. Çempionatımızda futbolçu olsun, biz də heyətimizə cəlb edək.

Mütəxəssis klubun baza probleminin aradan qalxması üçün investisiyanın lazım olduğunu bildirib:

"Qarabağ təşəkkür edirik. Hər bir yol ilə həll etməyi çalışırdı. Bizim qaldığımız hotel Suraxanıya yaxındır. "Neftçi"yə təşəkkür etmək istəyirik. Onlar da bizə çox kömək etdi. Meydançasız mümkün deyil. Futbolçusuz bacarmaq olar, amma meydançasız yox. Biz də istəyirik ki, bazamız olsun, infrastrukturumuz daha yaxşı olsun. Biz Zirədə yer götürmüşük. Növbəti mövsümlərdə bu problemi həll etməyə çalışacağıq. Amma bunun üçün yaxşı investisiya lazımdır".

R.Sadıqov Azərbaycan Kuboku finalında dəstəkləyəcəyi komandadan söz açıb: 

"Bizim yerimizdə kim olsa, Avropa Liqasına getmək istəyər. Bu mövsüm avrokuboklarda çıxış etməyə layiq komanda çoxdur. İlk növbədə gözəl futbol oyununa azarkeşlik edəcəyəm. Amma təbii ki, Avropa Liqasında olmaq istəyirəm". 

O, "Zirə"dəki gələcəyi barədə bu sözləri deyib:

"Heç bir danışıq olmayıb. Rəhbərlik nə qədər istəyirsə, burda qalacam. Bura gəlməyimdəki əsas səbəblərdən biri də rəhbərlikdir".