Bədavi Hüseynov “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında 250-ci oyuna çıxıb.

Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçinin yubiley matçı dünən Misli Premyer Liqasının XXXIV turunda “Araz-Naxçıvan”a qarşı (2:0) baş tutub. 

O, 2012-ci ildən formasını geyindiyi Ağdam klubunda 4 qola imza atıb.

Bədavi Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 250 matça çıxan 6-cı futbolçuya çevrilib.

Növbəti mövsüm karyerasını "Qarabağ"da davam etdirəcəyi təqdirdə, futbolçu ilk "üçlüy"ə daxil ola bilər.

1. Maksim Medvedev (“Qarabağ”) – 376

2. Qara Qarayev (“Qarabağ”) – 305

3. Aslan Kərimov (“Qarabağ”) – 268

4-5. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) – 254

Riçard Almeyda (“Qarabağ”) – 254

6. Bədavi Hüseynov (“Qarabağ”) - 250