"Səbail" klubu bu gün Misli Premyer Liqası ilə rəsmən vidalaşıb.

Offsideplus.az xəbər verir ki, Elvin Məmmədovun rəhbərlik etdiyi kollektiv çempionatın XXXIV turunda öz meydanında "Zirə"yə məğlub olub.

Bununla da, Bayıl təmsilçisinin çempionatı axırıncı - 10-cu pillədə başa vuracağı dəqiqləşib. 

10 may

“Səbail” – “Zirə” 0:1

Davit Volkov, 90+1

ASCO Arena. Saat 17:00

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov

VAR: Kamal Umudlu

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Azər Əsgərov