Bu gün Misli Premyer Liqasında XXXIII turunun oyunları davam etdirilib.

Offsideplus.az xəbər verir ki, günün ilk qarşılaşması Şamaxıda keçirilib.

Eyniadlı komanda Premyer Liqada qalmaq üçün mübarizə aparan "Səbail"i qəbul edib. Bu, axırıncı, 10-cu pillədə qərarlaşan "dənizçilər" üçün vacib matç sayılırdı.

Çünki "Səbail" qalib gəlməyəcəyi təqdirdə, bu tur Premyer Liqa ilə vidalaşa bilərdi.

Qarşılaşma heç-heçə nəticələnib.

3 may

“Şamaxı” – “Səbail” 1:1

Alfons Msanqa, 33 - Rüfət Abdullazadə, 67 (pen.)

Şamaxı şəhər stadionu. Saat 17:00

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: İnqilab Məmmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Seymur Səlimli