Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb.
Offsideplus.az xəbər verir ki, çempionatın 1 turunda 5 oyundan 4-ü heç-heçə başa çatıb.
Bu, Misli Premyer Liqasının XXXII turunda yaşanıb.
“Turan Tovuz” - “Şamaxı”, “Səbail” - “Araz-Naxçıvan” və “Sabah” - “Qarabağ” görüşləri 1:1, “Sumqayıt” - “Neftçi” qarşılaşması isə 2:2 hesabı ilə yekunlaşıb.
Bir turda 4 bərabərlik axırıncı dəfə 2013/14 mövsümündə qeydə alınıb.
2014-cü il fevralın 23-də eyni gündə keçirilən 5 matçın dördündə qalib müəyyənləşməyib.
Həmin gün “Qarabağ” - “Simurq” və “Qəbələ” - “Rəvan” oyunları qolsuz bitib. “İnter” - “Bakı” qarşılaşmasında 1:1, AZAL - “Xəzər Lənkəran” görüşündə isə 2:2 hesablı "sülh"lə nəticələnib.