Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, günün yeganə qarşılaşması Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda keçirilib.

Belə ki, "Sumqayıt" "Neftçi"ni qəbul edib.

Oyun turnir cədvəli baxımından bir o qədər də əhəmiyyət daşımasa da, görüşə maraq böyük olub. Çünki "Neftçi"nin baş məşqçisi Samir Abasov sabiq klubuna qarşı mübarizə aparırdı. Əslən Sumqayıtdan olan təcrübəli məşqçinin doğma şəhərə rəqib qismində istənilən səfəri adətən prinsipiallıqla yadda qalır.

28 aprel

“Sumqayıt” – “Neftçi” 2:2

Bobir Abdixolikov, 21; Ronaldo Vaskez, 52 - Bassala Sambu, 60; Andrey Ştoqrin, 87

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 20:00

Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: İlham Əliyev