Misli Premyer Liqasında XXXI tura bu gün yekun vurulub.
Offsideplus.az xəbər verir ki, turun son qarşılaşmasında "Zirə" "Sumqayıt"ı qəbul edib. Bu oyundan Rəşad Sadıqovun yetirmələri qələbə ilə ayrılıb: 3:1.
"Qartallar" 61 xalla 2-ci, "Sumqayıt" isə 29 xalla 8-ci yerdədir.
19:00 "Zirə" - "Sumqayıt" 3:1
Giorgi Papunaşvili, 6. Martins Junior, 45+1. Salifu Suma, 89. - Bobir Abdixolikov, 52.
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin Stadionu



