Bu gün Misli Premyer Liqasının XXXI turunda "Qarabağ"a qarşı keçiirlən oyunda "Neftçi"nin futbolçusu Elcan Əbilov debüt edib.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilk dəfə "ağ-qara" formada əsas komandanın matçına çıxıb. O, 76-cı dəqiqədə Rəhman Hacıyevin əvəzinə meydançaya daxil olub.

Buna qədər Elcan Əbilov 6 dəfə "Neftçi"nin ehtiyat oyunçular skamyasında yer almışdı.

İstedadlı yarımmüdafiəçi Bakı klubunun əvəzedicilərdən ibarət komandasının əsas üzvüdür.