"Qarabağ"ın futbolçusu Patrik Andrade fevral ayının ən yaxşı qoluna imza atmasına görə mükafatlandırılıb.

Offsideplus.az xəbər verir ki, "Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi “Ayın qolu” layihəsi çərçivəsində P.Andrade mükafat alıb. Ağdam təmsilçisinin oyunçusuna mükafatı Misli Premyer Liqasının XXIX turunun “Qarabağ” – “Zirə” görüşündən əvvəl "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.

Qolun videosunu təqdim edirik: