Misli Premyer Liqasının 26-cı turu bu gün Bakıda yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, "Neftçi" bölgə təmsilçisi "Turan Tovuz"u qəbul edib. Bu qarşılaşma hər iki komanda üçün vacib sayılırdı.
Tovuzlular qatı duman içində keçən oyunun 72 dəqiqəsini azlıqda keçirsələr də, "Neftçi" qalib gələ bilməyib.
Qeyd edək ki, cari mövsüm komandalar arasındakı əvvəlki iki matç da bərabərliklə nəticələnmişdi.
“Neftçi” – “Turan Tovuz” 1:1
Bassalu Sambu, 88 - Hayderson Hurtado, 90+4
Qırmızı vərəqə: Emmanuel Hakman, 18
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Akif Əmirəli.
"Neftçi Arena"