Misli Pemyer Liqasının XXV turu çərçivəsində bu günə nəzərdə tutulan sonuncu, sayca ikinci görüş Masazırda oynanılıb.
Offsideplus.az xəbər verir ki, "Bank Respublika Arena"da "Sabah" "Araz-Naxçıvan"ı qəbul edib.
Kubokun yarımfinalına yüksələn komandaların çempionatdakı görüşü maraqlı alınıb. Oyunda 4 qol vurulub.
“Sabah” 2-2 “Araz-Naxçıvan”
Qollar: Xəyal Əliyev, 6 (1:0); Benny, 11 (1:1); Çakla, 65 (2:1); Ülvi İsgəndərov, 73 (2:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”