PFL Misli Premyer Liqasında yenə oyunların vaxtını dəyişib.

Offsideplus.az xəbər ki, bu dəfə dəyişikliyə əlverişsiz hava şəraiti deyil, yayım və təşkilati məsələlər səbəb olub.

Belə ki, çempionatın XXV turunda 2 matçın startında gecikmə olacaq.  Martın 4-də “Turan Tovuz” - “Zirə” və “Sabah” - “Araz Naxçıvan” qarşılaşmaları nəzərdə tutulduğundan yarım saat gec, müvafiq olaraq, saat 17:30 və 19:30-da başlanacaq.

Qeyd edək ki, PFL-in təşkil etdiyi müxtəlif çempionatların bəzi oyunları güclü qar səbəbindən təxirə salınmışdı.