"Sabah" futbol klubunun Misli Premyer Liqasının XXIV turundakı çıxışı əlamətdar rəqəmlərlə yadda qalıb.
Offsideplus.az xbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"a qarşı keçirilən matçda Bakı təmsilçisi 2 yubiley qeyd edib.
Belə ki, Vasiili Berezutskinin yetirmələri ölkə çempionatlarında 200-cü oyununa çıxıblar.
İkinci əlamətdar rəqəm isə nəticə ilə bağlıdır. "Sabah" "Qarabağ"la 1:1 oynayaraq, Premyer Liqada 50-ci heç-heçəsini gerçəkləşdirib. "Sülh" razılaşmalarından 27-i "ev"də, 23-i səfərdə olub. Digər qarşılaşmalarda “Sabah” 80 qələbə qazanıb, 70 dəfə məğlubiyyətlə üzləşib.
Hesabat turunda daha bir klub 50-ci dəfə heç-heçə oynayıb. Söhbət autsayder "Səbail”dən gedir. Paytaxt komandası “Araz-Naxçıvan”la görüşdə (0:0) bu rəqəmə çatıb.