"Belə soyuq havada oynamaq çox çətin idi. Düşünürəm ki, bu gün 2 xal itirmədik, 1 xal qazandıq. Futbolçularımdan razı qaldım. Hava şəraitinin qeyri-sabitlyinə baxmayaraq, stadiona gələn azarkeşlərimizə minnətdarlığımı bildirirəm".

Offsideplus.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının XXIV turunda "Sabah"la matçdan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli çalışdırıcı 1:1 hesabı ilə başa çatan görüşün gedişi barədə fikirlərini bölüşüb. O, "Sabah"ın vurduğu qol epizodunda "Qarabağ"ın nə müdafiəçisini, nə də qapıçısını günahlandırıb: "Qol epizodunda rəqib futbolçu Sekidikanın ustalığını qeyd edərdim. Daha diqqətli olmalıyıq. Mateus Silvaya iradımı bildirmədim. Əksinə, ona lazımi məsləhətlərimi verib, motivasiya etdim. Br az sərt oynamaq lazımdır".