"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, "kimyaçılar" Özbəkistanın "Nasaf" komandasından Bobur Adikholikovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı hücumçu ilə 1 illik uzatmaq şərti ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Bobur karyerası ərzində Ukraynanın "Rux" (Lvov), Belarusun "Energetik" (Minsk) və Qazaxıstanın "Ordabası" klublarında çıxış edib. Adikholikov Özbəkistan millisinin U-19, U-22, U-23 yığmalarında forma geyinib.