Misli Premyer Liqasında medallar uğrunda mübarizə aparan “Zirə" klubunun heyətində ayrılıq baş verib.

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçusu Filip Pahtmann komanda ilə vidalaşıb. Məlumatı "Zirə"nin mətbuat xidməti yayıb.

Klub və futbolçu arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Xatırladaq ki, Phatmann "Zirə"yə 2021-ci ildə Ukraynanın "Lvov" komandasından icarə əsasında keçib. Daha sonra Bakı təmsilçisi legionerin transfer hüquqlarına yiyələnib. Lakin tez-tez zədə alan 25 yaşlı hücumçu "Zirə"nin məşqçi korpusunun ümidlərini doğrultmayıb.