Fevralın 21-də Misli Premyer Liqasının XXIV turunda keçiriləcək "Neftçi" - "Sumqayıt" oyununun biletləri satışa çıxarılıb.

Offsideplus.az xəbər verir ki, bu matça getməyi arzulayan azarkeşlər 3 (birinci kateqoriya), 5 (ikinci kateqoriya), 10 (üçüncü kateqoriya), 20 və ya 30 manat (VIP) dəyərində olan biletlər ala blərlər. Hələlik biletləri onlayn şəkildə iticket.az saytında əldə etmək mümkündür. Oyun günü saat 12-dən etibarən isə satış "Neftçi Arena"nın kassalarında da həyata keçiriləcək.

Xatırladaq ki, cari mövsümdə ən çox azarkeşin qeydə alındığı stadion məhz "Neftçi Arena"dır. İki gün öncə bu stadionda "Neftçi" və "Qarabağ" arasında baş tutan görüşü 9355 futbol həvəskarı izləyib.