Misli Premyer Liqasının bu həftəsonu keçiriləcək XXIV turunun oyunlarının statistik göstəriciləri açıqlanıb.

Offsideplus.az xəbər verir ki, turun mərkəzi görüşü "Qarabağ" və "Sabah" komandaları arasında olacaq.

Bu oyunöncəsi Ağdam təmmsilçisinin böyük üstünlüyü var. Qurban Qurbanovun yetirmələri heç vaxt doğma divarlar arasında “Sabah"a uduzmayıblar. Düzdür, rəqib uğur qazanmaq üçün çox cəhdlər göstərib. "Qarabağ"a son səfər matçında 2:3 hesabı ilə məğlub olan “Sabah” 1 il əvvəl hətta məhsuldar heç-heçəyə də nail olub - 3:3.

Bundan başqa, "Neftçi" - "Sumqayıt" matçı da maraqla gözlənilir. Axı, "aq-qaralar"ın baş məşqçisi Samir Abbasov sabiq klubuna qarşı mübarizə aparacaq. Ancaq çətin ki, son oyunların statistikası "Neftçi"nin məşqçi korpusunu sevindirsin. "Sumqayıt" Bakı təmsilçisi ilə axırıncı 5 görüşdə qol vurub və uduzmayıb. Özü də hazırda "qara zolaq"da olan sumqayıtlılar üçün qol və qələbə ikiqat əhəmiyyətlidir. 

Misli Premyer Liqası
XXIV tur

21 fevral (cümə)

“Neftçi” – “Sumqayıt” – 49 oyun, +23=11-15, top fərqi – 74-54

“Neftçi” son 6 ev qarşılaşmasında qol vurub. “Sumqayıt” son 5 matçda qol vurub və uduzmayıb.

22 fevral (şənbə)

"Araz-Naxçıvan” – “Səbail” – 6 oyun, +2=2-2, top fərqi – 8-8

“Səbail” bütün səfər oyunlarında qol vurub. “Araz-Naxçıvan” son iki qarşılaşmada qalib gəlib.

“Qarabağ” – “Sabah” – 25 oyun, +15=8-2, top fərqi – 48-22

“Qarabağ” son 8 oyunda qol vurub. “Sabah” səfərdə qələbə qazanmayıb.

23 fevral (bazar)

“Şamaxı” – “Turan Tovuz” – 6 oyun, +1=2-3, top fərqi – 8-9

“Turan Tovuz” bütün oyunlarda qol vurub. “Şamaxı” evdə qalib gəlməyib.

“Zirə” – “Kəpəz” – 22 oyun, +11=8-3, top fərqi – 33-17

“Kəpəz” son 14 matçda qələbə qazanmayıb. “Zirə” son 4 görüşdə qalib gəlib.